Rusiya Azərbaycanın QDİƏT-də sədrliyinə münasibət bildirib

Rusiya Azərbaycanın QDİƏT-də sədrliyinə münasibət bildirib Bakı. 5 iyul. REPORT.AZ/ Rusiya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) Azərbaycanın sədrliyi dövründə müsbət gündəmin qorunacağına ümid edir.
Xarici siyasət
5 İyul , 2018 18:30
Rusiya Azərbaycanın QDİƏT-də sədrliyinə münasibət bildirib

Bakı. 5 iyul. REPORT.AZ/ Rusiya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) Azərbaycanın sədrliyi dövründə müsbət gündəmin qorunacağına ümid edir.

"Report"un verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

"Azərbaycanın bu ilin iyul-dekabr aylarında sədrliyi dövründə QDİƏT-də müsbət, siyasiləşmədən azad gündəmin olacağını görürük. Hazırda Azərbaycanın sədrliyinin təqvimi formalaşır. Ümid edirik ki, bu dövrdə üzv dövlətlər arasında qarşılıqlı münasibətlər daha da möhkəmlənəcək", - M.Zaxarova deyib. 

Onun sözlərinə görə, Rusiya nazirlər səviyyəsində müxtəlif görüşlərin keçiriləcəyinə, fövqəladə hallar, enerji, nəqliyyat, mədəniyyət, o cümlədən ticarət, turizm, əməkdaşlıq, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və s. sahələrdə tədbirlərin keçiriləcəyinə ümid edir. 

Xatırladaq ki, növbəti altı ay ərzində Azərbaycan QDİƏT-ə sədrlik edəcək.

Son xəbərlər

Orphus sistemi