Rumıniyanın dövlət katibi Araz Əzimovla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Rumıniyanın dövlət katibi Araz Əzimovla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib Daniela Gitman NATO-Azərbaycan əlaqələrinin inkişafı üçün dəstəyini ifadə edib
Xarici siyasət
29 Aprel , 2016 10:32
Rumıniyanın dövlət katibi Araz Əzimovla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Bakı. 29 aprel. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Bakıya səfər edən Rumıniyanın qlobal məsələlər üzrə dövlət katibi Daniela Gitman Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovla görüşüb.

Rumıniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, görüş zamanı D.Gitman iki ölkə arasında münasibətlərin yaxşı səviyyədə olduğunu qeyd edib.

Bundan əlavə, tərəflər mühüm regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə müzakirələr aparıb. Həmçinin Yaxın Şərq və Şimali Afrikadakı hadisələr müzakirə edilib.

A.Əzimovla görüş zamanı Rumıniyanın dövlət katibi NATO-Azərbaycan əlaqələrinin inkişafı üçün dəstəyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi