​Rumıniyanın Bakıdakı səfirliyində başsağlığı kitabı açılacaq

​Rumıniyanın Bakıdakı səfirliyində başsağlığı kitabı açılacaq Kitab sabah 09:00 - 13:00 və 14:00 – 18:00 radələrində açıq olacaq
Xarici siyasət
1 Noyabr , 2015 19:49
​Rumıniyanın Bakıdakı səfirliyində başsağlığı kitabı açılacaq

Bakı. 1 noyabr. REPORT.AZ/ Buxarestdə 27 nəfərin ölümü ilə nəticələnən faciə ilə əlaqədar Rumıniyanın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılacaq.

Səfirlikdən "Report"a verilən məlumata görə, kitab noyabrın 2-də saat 09:00 - 13:00 və 14:00 – 18:00 radələrində açıq olacaq.

Faciə Rumıniyanın paytaxtında yerləşən gecə klubunda baş vermiş yanğın nəticəsində yaşanıb. İlkin məlumatlara görə, insidentə musiqi qrupu tərəfindən "Bizim öləcəyimiz gün" mahnısı ifa olunan zaman fişəngin atılması səbəb olub. Faciə zamanı zirzəmidə yerləşən klubda 500 nəfərə qədər adam olub. İnsident nəticəsində təqribən 200 nəfər ciddi xəsarət alıb.

Hadisə ilə əlaqədar Rumıniya hökuməti ölkədə üç günlük matəm elan edib.

Son xəbərlər

Orphus sistemi