Rumıniyanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq

Rumıniyanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq Parlament seçkilərində Azərbaycanda həm daimi, həm də müvəqqəti yaşayan Rumıniya vətəndaşları iştirak edə bilərlər
Xarici siyasət
24 noyabr 2016 09:18
Rumıniyanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq

Bakı. 24 noyabr. REPORT.AZ/ Dekabrın 11-də Rumıniyada keçiriləcək parlament seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq.

Bu barədə "Report"a Rumıniyanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Məlumata görə, seçki məntəqəsi səhər saat 07:00-dan axşam saat 21:00-a qədər açıq olacaq. Parlament seçkilərində Azərbaycanda həm daimi, həm də müvəqqəti yaşayan Rumıniya vətəndaşları iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi