​"Rossotrudniçestvo" Gəncədə filialını açmağı planlaşdırır

​"Rossotrudniçestvo" Gəncədə filialını açmağı planlaşdırır Ofisin nə zaman fəaliyyətə başlayacağı açıqlanmır
Xarici siyasət
26 fevral 2016 23:34
​Rossotrudniçestvo Gəncədə filialını açmağı planlaşdırır

Bakı. 27 fevral. REPORT.AZ/ Rusiyanın Müstəqil Dövlətlər Birliyi, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq işləri üzrə Federal Agentliyi ("Rossotrudniçestvo") Gəncədə filialını açmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Mejdunarodnaya jizn" jurnalına müsahibəsində qurumun rəhbəri Lyubov Qlebova məlumat verib.

L.Qlebova filialın açılacağı vaxtı açıqlamayıb. Lakin o, federal icra hakimiyyəti orqanının Bakıda nümayəndəliyinin olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, hazırda agentlik 91 xarici nümayəndəliyi vasitəsi ilə dünyanın 79 ölkəsində fəaliyyətini təşkil edib.

Son xəbərlər

Orphus sistemi