Rosen Plevneliyev: "Azərbaycan və Bolqarıstan arasında sıx iqtisadi əməkdaşlıq var"

Rosen Plevneliyev: "Azərbaycan və Bolqarıstan arasında sıx iqtisadi əməkdaşlıq var" "Azərbaycanla strateji tərəfdaşlıq haqqında saziş imzalayan prezident olmağımla qürur duyuram"
Xarici siyasət
21 Avqust , 2017 11:29
Rosen Plevneliyev: Azərbaycan və Bolqarıstan arasında sıx iqtisadi əməkdaşlıq var
Report.az

Bakı. 21avqust. REPORT.AZ/ "Bolqarıstanın keçmiş prezidenti kimi, yalnız Azərbaycanın dostu olmağımla yox, həm də Azərbaycanla strateji tərəfdaşlıq haqqında saziş imzalayan prezident olmağımla qürur duyuram".

"Report" xəbər verir ki, bunu jurnalsitlərə Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev deyib.

"Həmçinin Cənub Qaz Dəhlizi layihəsini açılışında iştirak edən Bolqarıstan prezidenti olmağımdan da qürur duyuram. Azərbaycan ilə 1 milyard kubmetr qazın tədarükü barədə müqaviləni imzalayan prezident də mən olmuşam. Münasibətlərimizin yaxşılaşdırılması üçün gecə-gündüz işlədiyimə görə şadam. Bu gün Azərbaycanla Bolqarıstan arasında sıx dostluq münasibətləri mövcuddur, sız iqtisadi əməkdaşlıq qurulub", - R.Plevneliev bildirib.

Bakıda keçirilən Gənc Liderlər Forumu haqqında danışan sabiq dövlət başçısı tədbirin unikal olduğunu deyib. Onun sözlərinə görə, davamlı inkişaf gənc liderlər olmadan mümkün deyil.

Son xəbərlər

Orphus sistemi