Yuxarı

Romadakı seçki məntəqəsində səsvermə başa çatıb

Səsvermə prosesi Konstitusiya və Seçki Məcəlləsinə uyğun aparılıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi ilə əlaqədar ümumxalq səsverməsində (referendum) İtaliyadakı diplomatik missiyamızın əməkdaşları və onların səsvermə hüququna malik ailə üzvləri, habelə bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşları da iştirak ediblər.

Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyindən "Report"a verilən məlumata görə, onların öz səsvermə hüququndan istifadəsinin təmin edilməsi məqsədilə 17 saylı Yasamal üçüncü seçki dairəsinin Azərbaycanın İtaliyadakı Səfirliyində yaradılmış 35 saylı seçki məntəqəsində səsvermə təşkil olunub.

Səsvermədə seçicilərin iştirakının və seçki hüquqlarını sərbəst şəkildə ifadə etmələrinin təmin olunması üçün hər cür şərait yaradılıb. Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılıb.

Səsvermə prosesi yerli vaxtla saat 19.00-da başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi