Romada "İtaliya-Azərbaycan: gələcəyə birlikdə" adlı tədbir keçirilib - FOTO

Romada "İtaliya-Azərbaycan: gələcəyə birlikdə" adlı tədbir keçirilib - FOTO İtaliyanın ictimai xadimlərinə Azərbaycanla əlaqələrin inkişafına verdikləri töhfəyə görə təşəkkür fərmanları təqdim edilib
Xarici siyasət
11 Dekabr , 2015 10:13
Romada İtaliya-Azərbaycan: gələcəyə birlikdə adlı tədbir keçirilib - FOTO

Roma. 11 dekabr. REPORT.AZ/ Romada "İtaliya-Azərbaycan: gələcəyə birlikdə" adlı tədbir keçirilib.

"Report"un məlumatına görə, Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən təşkil edilən tədbirdə səfirliyin əməkdaşları, İtaliyada yaşayan azərbaycanlılar, İtaliya ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirin əvvəlində Azərbaycan haqqında videoçarx təqdim olunub. O cümlədən Milandakı Expo-2015-də Azərbaycanın pavilyonu nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov ikitərəfli münasibətlərin inkişaf perspektivləri barədə danışıb.

Ardından İtaliyanın bəzi ictimai xadimlərinə Azərbaycanla əlaqələrin inkişafına verdikləri töhfəyə görə təşəkkür fərmanları təqdim edilib. Mükafatlandırılanlar sırasında məşhur italyan müğənni Al Bano da var.

Son xəbərlər

Orphus sistemi