Romada "Azərbaycan diplomatiyasının tarixi və gələcəyi" mövzusunda konfrans keçiriləcək

Romada "Azərbaycan diplomatiyasının tarixi və gələcəyi" mövzusunda konfrans keçiriləcək Konfransda Azərbaycan xarici işlər nazirinin müavini Hafiz Paşayev iştirak edəcək
Xarici siyasət
2 Fevral , 2016 17:00
Romada Azərbaycan diplomatiyasının tarixi və gələcəyi mövzusunda konfrans keçiriləcək

Bakı. 2 fevral. REPORT.AZ/ Romada "Azərbaycan diplomatiyasının tarixi və gələcəyi" mövzusunda konfrans keçiriləcək.

"Report" "ADA" Universitetinin məlumatına əsasən xəbər verir ki, konfrans İtaliya Beynəlxalq Təşkilatlar Cəmiyyətinin (SIDI) təşkilati dəstəyi ilə fevralın 4-də baş tutacaq.

Məlumata görə, konfransın işində "ADA"nın rektoru, Azərbaycan xarici işlər nazirinin müavini Hafiz Paşayev iştirak edəcək. O, öz diplomat karyerası barədə mühazirə oxuyacaq.

Bundan əlavə, konfransda SIDI rəhbəri Franko Frattini, analitik Alessandro Politi, jurnalist Sandro Teti də iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi