Yuxarı

Roma Papasının Azərbaycana səfərinin tarixi dəqiqləşib

Vatikanın Cənubi Qafqaz üzrə elçisi, nunsi Marek Solçinskinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub

Bakı. 17 may. REPORT.AZ/ Vatikanın Cənubi Qafqaz üzrə elçisi, nunsi Marek Solçinskinin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 15-17-də Bakıda səfərdə olub. 

Bu barədə "Report"a Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete bildirib.

Onun sözlərinə görə, Vatikan nümayəndə heyəti Bakıda Roma Papasının bu ilin oktyabrında Azərbaycana planlaşdırılan səfərin proqramını və gündəliyini müzakirə edib: "Səfər çərçivəsində nümayəndə heyəti bir sıra görüşlər keçirib. Belə görüşlərdən biri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Allahşükür Paşazadə ilə baş tutub. Görüşlərdə Roma Papasının Azərbaycana səfəri ilə bağlı məsələlər müzakirə edilib". 

Görüşlərdə səfərin tarixi müəyyənləşdirilib. Səfər oktyabrın 2-də baş tutacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi