Roma Papası və İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

Roma Papası və İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib "Allahdan bütün insanlara firavan gələcək və mərhəmət diləyirəm"
Xarici siyasət
3 İyun , 2015 17:31
Roma Papası və İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

Bakı. 3 iyun. REPORT.AZ/ Roma Papası Fransis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 28 May – Respublika Günü münasibətilə təbrik edib. “Report”un xəbərinə görə, təbrik məktubunda deyilir:

“Zati-aliləri,

Milli bayramınız - Respublika Günü münasibətilə Zati–alinizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Allahdan bütün insanlara firavan gələcək və mərhəmət diləyirəm.

Sizinlə görüşümüzü məmnunluqla xatırlayır, Azərbaycan xalqına, Zati-alinizə və hökumətinizə əmin-amanlıq arzu edirəm”.

İspaniyanın Kralı VI Felipe də Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Təbrik mətnində deyilir:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə İspaniya xalqı və hökuməti ilə birlikdə təbriklərimi çatdırmaq istərdim.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə sülh və rifah arzuladığımı bir daha bildirirəm”.

Son xəbərlər

Orphus sistemi