Bakı. 9 aprel. REPORT.AZ/ Roma Papası Fransisk payızda Azərbaycana səfər edəcək.
"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, Papa Gürcüstan və Azərbaycana sentyabrın 30-dan oktyabrın 2-nə qədər səfər etmək niyyətindədir.
İyunun 25-dən 27-nə qədər isə katolik kilsəsinin başçısının Ermənistana səfəri baş tutacaq.