Yuxarı

Roma Papası Azərbaycan və Gürcüstana səfərləri ilə əlaqədar Şimon Peresin dəfninə getməyəcək

I Fransisik sentyabrın 30-da Gürcüstana gedəcək, oktyabrın 2-də isə Azərbaycana gələcək

Bakı. 29 sentyabr. REPORT.AZ/ Roma Papası I Fransisk İsrailin keçmiş prezidenti Şimon Peresin dəfn mərasimində iştirak edə bilməyəcək.

"Report" xəbər verir ki, Vatikandan verilən məlumata görə, buna səbəb Papanın Gürcüstan və Azərbaycana planlaşdırılan səfərləridir.

Gürcüstan KİV-nin yazdığına görə, yerli Prezident Administrasiyası dini liderin Tbilisiyə səfərinin planlaşdırılan qrafikə uyğun baş tutacağını təsdiqləyib.

Qeyd edək ki, I Fransisik sentyabrın 30-da Gürcüstana gedəcək. Elə həmin gün Qüdsdə Şimon Peres dəfn olunacaq.

Oktyabrın 2-də səhər saatlarında isə Papa Tbilisidən Bakıya gələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi