Yuxarı
    Bağlamaq

    ​Roma Papası Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

    “Uca Yaradandan Zati-alinizə və bütün Azərbaycan xalqına bol-bol xeyir-dua diləyirəm”

    Bakı. 17 may. REPORT.AZ/ Roma Papası Fransisk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    “Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

    “Zati-aliləri,

    Azərbaycanın milli bayramı – 28 May Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırmaqdan məmnunam. Qadir Allah ölkənizin hər bir vətəndaşının xoşbəxtlik və sülh içərisində yaşamasına yönəlmiş səylərinizin həyata keçməsinə kömək etsin. Uca Yaradandan Zati-alinizə və bütün Azərbaycan xalqına bol-bol xeyir-dua diləyirəm”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi