Yuxarı
    Bağlamaq

    Rodriqo Maya: "Azərbaycana səfərdə məqsədim iki ölkə arasında münasibətləri dərinləşdirməkdir"

    Deputatlar palatasının sədri kimi ilk dəfədir, səfər edirəm

    Bakı. 30 oktyabr. REPORT.AZ/ "Bakıya üçüncü səfərimdir, amma Braziliya Milli Konqresinin Deputatlar palatasının sədri kimi ilk dəfədir, Azərbaycana səfər edirəm. Səfərdə məqsədim iki ölkə arasında münasibətləri dərinləşdirməkdir".

    "Report"un xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Braziliya Milli Konqresinin Deputatlar palatasının sədri Rodriqo Maya jurnalistlərə açıqlamasında deyib.
    R.Maya qeyd edib ki, Azərbaycanla Braziliya arasında münasibətlər inkişaf edib: "Azərbaycan və Braziliya bir çox sahələrdə, xüsusilə neft-qaz sahəsində əməkdaşlıq edir".
    Qeyd edək ki, səfər noyabrın 2-də başa çatacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi