İnstitut direktoru: "Chatham House" Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır"

İnstitut direktoru: "Chatham House" Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır" "İnstitutun bu kiçik özəl görüşə ev sahibliyi etməsi əsla qondarma Dağlıq Qarabağ Respublikasının tanınması və ya dəstəklənməsi demək deyil"
Xarici siyasət
21 Avqust , 2015 11:50
İnstitut direktoru: Chatham House Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır

Bakı. 21 avqust. REPORT.AZ/ Böyük Britaniyanın "Chatham House" Kral Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Robin Niblet özünü qondarma Dağlıq Qarabağ Respublikasının "prezidenti" kimi təqdim edən Bako Saakyanın bu il iyulun əvvəlində sözügedən qurumun dəvəti ilə Londona səfər etməsi ilə əlaqədar Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusunu cavablandırıb.

Bu barədə "Report"a Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib. 

R.Niblet cavab məktubunda bəyan edib ki, "Chatham House"un qaydalarına əsasən, institutun bu kiçik özəl görüşə ev sahibliyi etməsi əsla qondarma Dağlıq Qarabağ Respublikasının tanınması və ya dəstəklənməsi demək deyil. “Chatham House” Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşır.

R.Niblet TEAS-a ünvanladığı məktubda gələcəkdə bu kimi tədbirlərdə Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndəsini də qonaq etməyə hazır olduqlarını bildirib. 

"Biz daha geniş miqyasda hər zaman etdiyimiz kimi, Azərbaycan hökumətinin rəsmilərinə danışıqlar aparılması və müxtəlif tədbirlərimizdə iştirak etmələri üçün “Chatham House”da şərait yaratmağa həmişə hazırıq", - institutun direktoru məktubunun sonunda vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi