Səfirlik: Robert Sekutanın Azərbaycanda öz fəaliyyətinə davam etməsi gözlənilir

Səfirlik: Robert Sekutanın Azərbaycanda öz fəaliyyətinə davam etməsi gözlənilir "ABŞ prezidentini təmsil edən səfirlər dövlət başçısının təyinatı əsasında çalışırlar"
Xarici siyasət
6 Yanvar , 2017 20:24
Səfirlik: Robert Sekutanın Azərbaycanda öz fəaliyyətinə davam etməsi gözlənilir

Bakı. 6 yanvar. REPORT.AZ/ "ABŞ prezidentini təmsil edən səfirlər dövlət başçısının təyinatı əsasında çalışırlar".

Bu barədə "Report"a ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

"ABŞ-ın xarici xidmətlər sahəsində üzun müddət yüksək səviyyədə çalışmış səfir Robert Sekutanın Azərbaycanda öz fəaliyyətinə davam etməsi gözlənilir" - məlumatda qeyd olunub. 

Qeyd edək ki, "New York Times" qəzeti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın keçid qərargahının yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə qədər ABŞ-ın xarici ölkələrdəki bütün səfirlərinin geri çağrılması barədə sərəncam imzaladığını yazıb. Nəşr qeyd edib ki, bu, diplomatlara ABŞ-a qayıtmazdan əvvəl həm peşəkar, həm də şəxsi işlərini başa çatdırmaq üçün vaxt verilmədiyi ilk haldır. Sərəncamda həmçinin bu sənədin istinasız olaraq bütün səfirlərə şamil edildiyi vurğulanıb. Hərçənd əvvəllər xüsusən məktəb yaşlı uşaqları olanlara müəyyən güzəşt edilib, onların tədris ilini başa vurması gözlənilib.

Son xəbərlər

Orphus sistemi