Robert Sekuta: "Azərbaycan bütün irqlərə və dini inanclara tolerant ölkə kimi tanınır"

Robert Sekuta: "Azərbaycan bütün irqlərə və dini inanclara tolerant ölkə kimi tanınır" Robert Sekuta Şəki rayonun Kiş kəndində yerləşən məbədi ziyarət edib
Xarici siyasət
22 Sentyabr , 2015 19:06
Robert Sekuta: Azərbaycan bütün irqlərə və dini inanclara tolerant ölkə kimi tanınır

Bakı. 22 sentyabr. REPORT.AZ/ "Azərbaycan bütün irqlərə və dini inanclara tolerant ölkə kimi tanınır". "Report"un məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Şəki rayonunun Kiş kəndində yerləşən alban məbədini ziyarət edərkən deyib. 

"Məbədi bərpa edən və onu qoruyub saxlayan heyətə bu səfərdə bizi müşayiət etdiklərinə görə çox minnətdaram. Tur Heyerdal və Norveç hökumətinin bu abidənin qorunub saxlanmasına yardımı dərin təsir bağışlayır. Azərbaycan hökumətinin də bu mədəni irsin bərpası və qorunmasında iştirakı təqdirəlayiqdir. Bunun Azərbaycanın tolerantlıq tarixi və ənənələrinin göstəricisi olduğunu vurğulamaq istərdim. Məbədinj müsəlman kəndində sevilərək qorunub saxlanması valehedicidir", - səfir bildirib.  

R.Sekuta əlavə edib ki, tolerantlıq bu dünyada çox zərif bir güldür: "Bir çox qüvvələr Azərbaycanın başqalarına qarşı qoyduğu hörmət prinsipinə qarşı çıxır. Hər millətdə, hər dövrdə bu cür xoş meyilləri möhkəmləndirməli və qeyri-tolerant qüvvələrinə qarşı mübarizə aparmalıyıq". 

Son xəbərlər

Orphus sistemi