Robert Sekuta: “ABŞ üçün seçkilərin şəffaf keçməsi vacibdir”

Robert Sekuta: “ABŞ üçün seçkilərin şəffaf keçməsi vacibdir” Səfir: “ABŞ-ın siyasəti Azərbaycana güclü, inkişaf etmiş müstəqil demokratik ölkə olmağa yardım etməkdir”
Xarici siyasət
23 Fevral , 2018 15:08
Robert Sekuta: “ABŞ üçün seçkilərin şəffaf keçməsi vacibdir”

Bakı. 23 fevral. REPORT.AZ/ "ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) nümayəndələri Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər".

“Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkisini şərh edərkən jurnalistlərə bildirib.

“ABŞ üçün seçicilərin seçkilərdə iştirak edə bilməsi, sərbəst səs verə bilməsi, seçkilərin şəffaf keçməsi vacibdir”, - R.Sekuta deyib.

Dağlıq Qarabağ münaqişəsi barədə danışan diplomat vurğulayıb ki, ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində həll prosesində fəal rol oynayır və nizamlanma yolunda irəliyə doğru addımlar atılmasına çalışır: "Biz bütün səviyyələrdə tərəflərin münaqişəni sülh yolu ilə həll etməsinə çalışırıq".

Son xəbərlər

Orphus sistemi