Riqa. 21 may. REPORT.AZ/ Riqada IV Şərq Tərəfdaşlığı sammiti öz işinə başlayır.
"Report" xəbər verir ki, bu gün axşam Avropa İttifaqı və Şərq Tərəfdaşlığı proqramı ölkələrinin dövlət və hökumət başçıları bağlı qapılar arxasında keçəcək təntənəli şam yeməyində bir araya gələcək.
Sammitin rəsmi hissəsi mayın 22-də Milli Latviya Kitabxanasının binasında keçiriləcək.
Sammit iştirakçıları Şərq Tərəfdaşlığı proqramının həyata keçirilməsi, eləcə də onun inkişaf perspektivlərini müzakirə edəcəklər.
Azərbaycanı sammitdə Prezidenti Administrasiyası rəhbərinin müavini
Xatırladaq ki, sammit çərçivəsində həmçinin I Media Konfransı və Şərq Tərəfdaşlığının III biznes-forumu keçirilib.
2009-cu ildə Praqada fəaliyyətə başlayan Şərq Tərəfdaşlığı proqramı Aİ-nin 6 ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşması məqsədini daşıyır.