Yuxarı

Riqa sammiti çərçivəsində təşkil olunan şam yeməyində Bakıda baş verən faciə ilə bağlı başsağlığı verilib

Avropa İttifaqı Şurasının sədri Bakıdakı faciə ilə əlaqədar başsağlığı verib

Bakı. 22 May. REPORT.AZ/ Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Riqada keçirilən “Şərq Tərəfdaşlığı” sammiti ərəfəsində, mayın 21-də dövlət və hökumət başçıları və nümayəndə heyətlərinin rəhbərləri üçün Latviya Prezidenti Andris Berzinş adından təşkil olunan rəsmi şam yeməyində iştirak edib.

"Report"un AZƏRTAc-a istinadən verdiyi xəbərə görə, tədbirə qatılan Avropa İttifaqı Şurasının sədri Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon söhbətinin baş tutduğunu və Aİ ilə Azərbaycan arasında münasibətlərin inkişaf perspektivlərinin müzakirə edildiyini Sammit iştirakçılarının diqqətinə çatdırıb. Bununla yanaşı, D.Tusk telefon danışığı zamanı Bakıda baş vermiş dəhşətli faciəyə görə Azərbaycanın dövlət başçısına Avropa İttifaqı Şurası adından başsağlığı verdiyini bildirib. O, Prezident İlham Əliyevin Riqa sammitində iştirak edə bilməyəcəyini anladığını və bunu Aİ üzvü ölkələrinin dövlət və hökumət başçılarının diqqətinə çatdırdığını bəyan edib.

Həmin gün Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Riqa sammiti ərəfəsində xarici işlər nazirləri üçün təşkil edilən şam yeməyində iştirak edib. Avropa İttifaqının fəaliyyətdə olan sədri, Latviya XİN-in rəhbəri Edqars Rinkeviçş Novruz Məmmədova müraciət edərək Bakıda baş verən faciə ilə bağlı Latviya və sədrlik etdiyi toplantı iştirakçıları adından Azərbaycan xalqına başsağlığı verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi