​Rəsmi Moskva: Xəzərdə sərhədyanı yataqlar ikitərəfli saziş əsasında işlənməlidir

​Rəsmi Moskva: Xəzərdə sərhədyanı yataqlar ikitərəfli saziş əsasında işlənməlidir "Rusiya və Qazaxıstan arasında əməkdaşlıq buna yaxşı nümunə ola bilər"
Xarici siyasət
11 May , 2016 22:53
​Rəsmi Moskva: Xəzərdə sərhədyanı yataqlar ikitərəfli saziş əsasında işlənməlidir

Bakı. 11 may. REPORT.AZ/ "Xəzəryanı dövlətlər arasında sərhədyanı yataqlar ikitərəfli sazişlər əsasında işlənməlidir".

"Report" xəbər verir ki, bunu "Caspian Energy" jurnalına müsahibəsində Rusiya prezidentinin Federasiya sərhədlərinin MDB-nin iştirakçı dövlətləri ilə delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov deyib.

"Bizim fikrimizcə, bu kimi yataqlar qonşu ölkələr tərəfindən onlar arasında sazişlər əsasında işlənməlidir. Rusiya və Qazaxıstan arasında əməkdaşlıq sözügedən sahədə qarşılıqlı fəaliyyətə yaxşı nümunə ola bilər", - deyə diplomat bildirib.

Son xəbərlər

Orphus sistemi