​Rəsmi Bakı Brüsseldə törədilmiş terror aktlarını pisləyib

​Rəsmi Bakı Brüsseldə törədilmiş terror aktlarını pisləyib XİN: "Həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı veririk"
Xarici siyasət
22 Mart , 2016 18:12
​Rəsmi Bakı Brüsseldə törədilmiş terror aktlarını pisləyib

Bakı. 22 mart. REPORT.AZ/ Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Brüsseldə törədilmiş terror aktları ilə bağlı bəyanat yayıb.

"Report"un XİN-ə istinadən verdiyi xəbərə görə, bəyanatda bildirilir ki, rəsmi Bakı Brüssel şəhərində törədilmiş və çoxsaylı insan tələfatı və yaralanma hallarına səbəb olmuş dəhşətli terror aktlarını qəti şəkildə qınayır.

"Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik.

Terrordən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası həmişə beynəlxalq birliyin terrorizmə qarşı səylərinə öz töhfəsini verib və tərəfdaşlarla birlikdə terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni dəstəkləməkdə davam edəcək", - deyə bəyanatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi