Ərdoğan Azərbaycan prezidentini və xalqını Qurban bayramı münasibətilə təbrik edib

Ərdoğan Azərbaycan prezidentini və xalqını Qurban bayramı münasibətilə təbrik edib Türkiyə prezidenti xalqımıza firavanlıq arzularını çatdırıb
Xarici siyasət
12 Sentyabr , 2016 18:36
Ərdoğan Azərbaycan prezidentini və xalqını Qurban bayramı münasibətilə təbrik edib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

"Report" xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib, öz növbəsində, Türkiyə Prezidenti və Türkiyə xalqını Qurban bayramı münasibətilə təbrik edib, Türkiyə xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi