Nazir: "Ərdoğan BMT Baş Assambleyasının sessiyasından sonra Azərbaycana gələcək"

Nazir: "Ərdoğan BMT Baş Assambleyasının sessiyasından sonra Azərbaycana gələcək" Baş Assambleyasının növbəti sessiyasının açılışı sentyabrın ortalarında baş tutacaq
Xarici siyasət
6 Sentyabr , 2017 11:49
Nazir: Ərdoğan BMT Baş Assambleyasının sessiyasından sonra Azərbaycana gələcək

Bakı. 6 sentyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sessiyasının açılışında iştirak etdikdən sonra Azərbaycana gələcək.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Bakıdakı görüşü zamanı bildirib.

Qeyd edək ki, BMT Baş Assambleyasının növbəti sessiyasının açılışı sentyabrın ortalarında Nyu-Yorkda baş tutacaq.

Xatırladaq ki, daha əvvəl Türkiyə prezidentinin Azərbaycana sentyabrın 10-11-də səfər edəcəyi planlaşdırılırdı, amma onun iş qrafikinin gərgin olması səbəbindən səfər təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi