Raymond Veyonis: "Latviya Azərbaycanla açıq siyasi dialoqu yüksək qiymətləndirir"

Raymond Veyonis: "Latviya Azərbaycanla açıq siyasi dialoqu yüksək qiymətləndirir" Latviya prezidenti: "Avropa İttifaqı və Azərbaycan arasında hüquqi bazanın yenilənməsi tələb olunur"
Xarici siyasət
26 May , 2016 11:42
Raymond Veyonis: Latviya Azərbaycanla açıq siyasi dialoqu yüksək qiymətləndirir

Bakı. 26 may. REPORT.AZ/ "Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsinin qatı tərəfdarı kimi Latviya "Şərq Tərəfdaşlığı" çərçivəsində əməkdaşlığın davam etdirilməli olmasına inanır".

"Report" xəbər verir ki, bunu Latvia prezidenti Raymonds Veyonis "The Business Year" jurnalına müsahibəsində deyib.

"Latviya Azərbaycanla açıq və konstruktiv siyasi dialoqu yüksək qiymətləndirir. Dialoqumuzun intensivliyini həm də iki ölkənin xarici işlər, iqtisadiyyat, nəqliyyat və müdafiə nazirlərinin müntəzəm olaraq əlaqədə olması sübut edir", - deyə R.Veyonis bildirib.

Prezidentin sözlərinə görə, Latviya təhsil sahəsində də Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır. O, birbaşa mövsümü aviareyslərin ölkələrin yaxınlaşmasında, insanlar arasında birbaşa kontaktların yaranmasında əhəmiyyətli rol oynadığnı qeyd edib.

R.Veyonis 2014-cü ildə iki ölkə arasında ticarət statistikasının müsbət dinamika göstərdiyini bildirərək, ticarət dövriyyəsinin 8,8% artımla 26,57 milyon avroya (29,61 milyon ABŞ dollarına) çatdığını vurğulayıb.

Latviya prezidenti Azərbaycanın bu gün enerji və tranzit sahələrində Aİ-nin mühüm tərəfdaşı olduğunu qeyd edib. Onun sözlərinə görə, Latviya Azərbaycanın bir sıra enerji layihələrində, məsələn, TAP, TANAP və digər layihələrdəki rolunu yüksək qiymətləndirir.

Onun sözlərinə görə, ölkələrin Aİ ilə əməkdaşlıq istiqamətində ambisiyalarının səviyyəsinə uyğun olaraq, hər bir ölkəyə fərdi yanaşmadan istifadə etmək lazımdır. R.Veyonis Avropa İttifaqı və Azərbaycan arasında hüquqi bazanın yenilənməsinin tələb olunduğunu da bildirib.

Son xəbərlər

Orphus sistemi