Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevlə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasında görüş olub.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, görüş təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli şəxslərin Rusiyanın Ufa şəhərində keçirilən X beynəlxalq görüşü çərçivəsində baş tutub.
Görüş zamanı iki ölkənin güc qurumları və xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyəti, həmçinin bu ilin sonunadək təhlükəsizlik sahəsindəki əməkdaşlıq planı müzakirə olunub.
Qeyd edək ki, bənzər görüş Rusiya tərəfi ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında da keçirilib.