Yuxarı
    Bağlamaq

    Ramiz Mehdiyev Azərbaycanda səfərdə olan Çin Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

    Prezident Administrasiyasının rəhbəri: Azərbaycan ilə Çin arasında münasibətlər yüksək səviyyədədir

    Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakıda rəsmi səfərdə olan Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    "Report" xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycan ilə Çin arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin dörd dəfə Çinə səfər etdiyini xatırladan Prezident Administrasiyasının rəhbəri Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyətinin hər iki ölkəyə fayda verdiyini vurğuladı, parlamentlərarası münasibətlərin də inkişaf etdiyini bildirib.

    Çin Xalq Respublikası sədrinin xüsusi nümayəndəsi Menq Jianzu Azərbaycan ilə Çin arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib, əlaqələrin perspektivlərindən danışıb. O qeyd edib ki, Çində ulu öndər Heydər Əliyevin xatirəsi daim hörmətlə anılır və Prezident İlham Əliyevə böyük ehtiram var.

    Görüşdə bildirilib ki, hər iki ölkənin dövlət başçıları arasında sıx əlaqələr, həmçinin xalqların tarixi dostluq münasibətləri əməkdaşlığın dərinləşməsinə töhfə verir.

    Söhbət zamanı Çinin Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyası - Təhlükəsizlik Şurası ilə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası, habelə ölkələr hüquq mühafizə orqanları arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi