Ramiz Həsənov Filippinin xarici işlər katibinin müavini ilə görüşüb

Ramiz Həsənov Filippinin xarici işlər katibinin müavini ilə görüşüb
Xarici siyasət
26 Oktyabr , 2018 19:23
Ramiz Həsənov Filippinin xarici işlər katibinin müavini ilə görüşüb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Xarici işlər nazirinin müavini Ramiz Həsənov Filippin Respublikası xarici işlər katibinin müavini Ernesto Korpuz Abella ilə görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əlaqələrin cari vəziyyəti ətrafında fikir mübadiləsi aparan tərəflər Azərbaycan-Filippin münasibətlərinin inkişafı üçün geniş potensialın olduğunu vurğulayıblar və bu xüsusda qarşılıqlı səfər mübadiləsinin əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcəyinə əminliklərini bildiriblər.

Görüşdə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji, infrastruktur və logistika layihələri haqqında məlumat verilib, iki ölkə arasında humanitar, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq, eləcə də müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərinə toxunulub.

Həmçinin görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlərə ətrafında müzakirələr aparılıb.

Sonda Ramiz Həsənov və Ernesto Korpuz Abella "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Filippin Respublikası Xarici İşlər Departamenti arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Protokol"u imzalayıblar.