Ramil Usubov Dubayda təhlükəsizlik kurslarının buraxılışına həsr olunan nümayiş mərasimində iştirak edib

Ramil Usubov Dubayda təhlükəsizlik kurslarının buraxılışına həsr olunan nümayiş mərasimində iştirak edib Dubayın polis rəisi ilə fikir mübadiləsi aparılıb
Xarici siyasət
29 Mart , 2017 11:59
Ramil Usubov Dubayda təhlükəsizlik kurslarının buraxılışına həsr olunan nümayiş mərasimində iştirak edib

Bakı. 29 mart. REPORT.AZ/ BƏƏ-də səfərdə olan Azərbaycanın daxili işlər naziri Ramil Usubov Dubayın polis rəisi Abdulla Xəlifə əl Mərri ilə birgə Dubay polislərinin təhlükəsizlik kurslarının buraxılışına həsr olunan nümayiş mərasimində iştirak edib.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən "Report"a verilən məlumata görə, nazir həmçinin Dubay polisinin istifadə etdiyi avadanlıqla tanış olub.

Daha sonra nazir Dubay Polis Qərargahını ziyarət edərək, burada baş əməliyyat mərkəzinin fəaliyyəti ilə tanış olub, Dubayın polis rəisi ilə fikir mübadiləsi aparıb.

Son xəbərlər

Orphus sistemi