Yuxarı

Ramazan Abdulatipov Bakıda Dağıstan Mədəniyyət Mərkəzinin yaradılmasını təklif edib

Dağıstanın başçısı həmçinin Azərbaycanda yaşayan milli azlıqların doğma dilini öyrənməsi üçün dərsliyin yaradılması ideyası ilə çıxış edib

Bakı. 12 may. REPORT.AZ/ "Azərbaycanda yaşayan milli azlıqların doğma dilini öyrənməsi üçün dərsliklərin yaradılması məqsədilə azərbaycanlı və dağıstanlı ekspertlərdən ibarət birgə qrupun yaradılması zəruridir".

"Report" xəbər verir ki, bunu Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Azərbaycanda yaşayan həmvətənləri ilə görüşdə deyib.

"Dərslikləri Azərbaycan dili, mədəniyyəti və tarixini nəzərə alaraq hazırlamaq lazımdır", - deyə R.Abdulatipov bildirib.

O, Azərbaycanda Dağıstan Mədəniyyət Mərkəzi yaradılması ideyasını dəstəkləyib və onun həyata keçirilməsinə hərtərəfli yardım etməyə hazır olduğunu qeyd edib.

Bundan əlavə, respublikanın başçısı hər iki ölkənin turizm potensialının inkişaf etdirilməsi məqsədilə Bakı-Dərbənd marşrutu üzrə dəmiryol nəqliyyatının bərpa ediləcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev qeyd edib ki, Bakıda Dağıstan Mədəniyyətı Günlərinin keçirilməsi xalqlarımızın ruhən, intellektual mənəvi yaxınlaşması baxımından yaxşı fürsət və ideyadır. Dövlət müşaviri Azərbaycan Prezidentinin elan etdiyi multikulturalizm ili çərçivəsində ölkədə müxtəlif tədbirlərin keçirildiyini xatırladıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi