Bakı. 20 iyun. REPORT.AZ/ "Bu il biz Azərbaycanın AŞPA-ya daxil olmasının 15-ci ildönümünü qeyd edirik, gələn il isə Azərbaycan ərazilərinin işğalının hüzünlü ildönümünü qeyd edəcəyik.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun Strasburqdakı sessiyasında çıxışı zaman bildirib.
Onun sözlərinə görə, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı zaman dünya ictimaiyyəti Ermənistana qarşı səhlənkarcasına münasibət göstərib: "Avropa Şurası ermənilərin hərəkətlərinə barmaqarası baxır, bu da bu cür hərəkətlərin artmasına və AŞPA-ya üzv ölkələrdən birinin digər ölkənin ərazilərini işğal etməsinə səbəb olur. Ümid edirəm ki, AŞPA-nın gələcək məruzələrində bu faktlar əksini tapacaq".