Qurbanqulu Berdiməhəmmədov: "Türkmənistan-Azərbaycan dialoqunun genişlənməsi xalqlarımızın mənafeyinə uyğundur"

Qurbanqulu Berdiməhəmmədov: "Türkmənistan-Azərbaycan dialoqunun genişlənməsi xalqlarımızın mənafeyinə uyğundur" Türkmənistanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Xarici siyasət
18 Oktyabr , 2017 18:27
Qurbanqulu Berdiməhəmmədov: Türkmənistan-Azərbaycan dialoqunun genişlənməsi xalqlarımızın mənafeyinə uyğundur

Bakı. 18 oktyabr. REPORT.AZ/ Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Türkmənistan xalqı və Hökuməti adından, şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə ölkənizin bütün qardaş xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Türkmənistan ilə Azərbaycan arasında mövcud münasibətlərin yüksək səviyyəsini, bu münasibətlərin müxtəlif istiqamətlər üzrə, o cümlədən siyasi, ticari-iqtisadi, sosial, mədəni-humanitar və digər sahələrdə daim möhkəmlənməsini və inkişaf etməsini qeyd etməkdən fərəh duyuram. Türkmənistan-Azərbaycan dövlətlərarası dialoqun daha da genişlənməsinə ölkələrimizin sadiqliyi hər iki xalqın mənafelərinə uyğundur.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və böyük uğurlar diləyirəm. Qardaş Azərbaycan xalqına isə ən səmimi təbriklərimi çatdırır, sülh və firavanlıq arzu edirəm".

Son xəbərlər

Orphus sistemi