Qulam İsakzai: “Əhalinin mikrobiznesə sərbəst və asan çıxışını təmin etmək vacibdir”

Qulam İsakzai: “Əhalinin mikrobiznesə sərbəst və asan çıxışını təmin etmək vacibdir” “Azərbaycanın 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olması üzrə yeni çərçivə sənədinin hazırlanması zamanı tərəflər bir çox məsləhətləşmələr və yeni təkliflərin qiymətləndirilməsini aparıblar”.
Xarici siyasət
16 Yanvar , 2020 11:38
Qulam İsakzai: “Əhalinin mikrobiznesə sərbəst və asan çıxışını təmin etmək vacibdir”
BMT-nin Azərbaycandakı daimi əlaqələndiricisi Qulam İsakzai / Report / Elchin Murad

“Azərbaycanın 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olması üzrə yeni çərçivə sənədinin hazırlanması zamanı tərəflər bir çox məsləhətləşmələr və yeni təkliflərin qiymətləndirilməsini aparıblar”.

“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı daimi əlaqələndiricisi Qulam İsakzai Azərbaycan və BMT arasında yeni əməkdaşlıq çərçivəsinin formalaşdırılmasına həsr olunmuş konfransda deyib.

“O cümlədən əhalinin mikrobiznesə sərbəst və asan çıxışını təmin etmək, ayrı-ayrı dövlət qurumlarının imkanlarını gücləndirmək və genişləndirmək vacibdir, hələ də milli maliyyələşdirmə strategiyası hazır deyil”, - o bildirib.

Q.İsakzai onu da vurğulayıb ki, qarşıdakı 5 il ərzində hər bir Azərbaycan vətəndaşının BMT-nin işinin faydalarını hiss etməsinə səy göstərmək lazımdır.

Son xəbərlər

Orphus sistemi