Yuxarı
    Bağlamaq

    Qüds məsələsi ilə bağlı Bakıda keçirilən beynəlxalq konfransın yekunları üzrə kommunike qəbul edilib

    Konfrans iştirakçıları Əl-Əqsa məscidinin ziyarət edilməsinə qoyulmuş qadağanı kəskin pisləyiblər© Report.az

    Bakı. 21 iyul. REPORT.AZ / Şərqi Qüdsün işğalının 50 illiyi ilə bağlı Bakıda keçirilən beynəlxalq konfransın yekunları üzrə İsrail tərəfindən Məbəd dağındakı Əl-Əqsa məscidinin ziyarət edilməsinə qoyulmuş qadağa ilə əlaqədar kommunike qəbul edilib.

    "Report" xəbər verir ki, Fələstin xalqının ayrılmaz hüquqlarının icrası üzrə BMT Komitəsi adından qəbul edilən kommünikedə bu qərarla əlaqədar ciddi narahatlıq ifadə olunur.

    Bildirilir ki, bu tədbirlər tarixi status-kvo və beynəlxalq hüququ pozur.

    "Beynəlxalq ictimaiyyəti tarixi status-kvonu dərhal təsdiqləməyə və işğalçı tərəf olan İsrailə həyata keçirdiyi tədbirlərin, o cümlədən metal detektorların quraşdırılmasının dayandırılması və beynəlxalq öhdəliklərə əməl edilməsi üçün təzyiq göstərməyə çağırırıq", - sənəddə deyilir.

    Konfrans iştirakçıları 1967-ci ildən işğal olunmuş Fələstin ərazilərində, o cümlədən Şərqi Qüdsdə demoqrafik tərkibin dəyişdirilməsi istiqamətində addımların beynəlxalq qınağını təsdiqləyiblər. Həmçinin vurğulanır ki, yalnız İsrail işğalının dayandırılması ədalətli və uzunmüddətli sülhə yol açacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi