Yuxarı

ABŞ-ın ştatlarından birinin qubernatoru Xocalı soyqırımının ildönümü ilə bağlı başsağlığı verib

Susana Martinez fevralın 23-də Xocalı soyqırımının ildönümü ilə bağlı məktub imzalayıb

Bakı. 24 fevral. REPORT.AZ/ ABŞ-ın Nyu Meksiko ştatının qubernatoru Susana Martinez fevralın 23-də Xocalı soyqırımının ildönümü ilə bağlı məktub imzalayıb. Bu barədə "Report"a  Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Baş Konsulluğa daxil olmuş məktubda, Qubernator Martinez Nyu Meksiko ştatında və bütün dünyada yaşayan azərbaycanlılara Xocalı qətliamının 23-cü ildönümü və qətliamın qurbanlarının anılması ilə bağlı dərin başsağlığı verdiyini bildirir.

Həmçinin məktubda Azərbaycanın Xocalı şəhərində 1992-ci ilin 25-26 fevral tarixlərində baş vermiş faciədə böyük sayda uşaqlar, qadınlar və yaşlı insanlar da daxil olmaqla 600-dən çox günahsız insanın qətlə yetirildiyi vurğulanır.

Qeyd edək ki, bu, Nyu Meksiko Qubernatoru tərəfindən Xocalı soyqırımının tanınması ilə bağlı imzalanmış ilk rəsmi sənəddir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi