Qubernator: “Kvemo Kartlinin Azərbaycanla sektorlararası əlaqələri genişləndiriləcək”

Qubernator: “Kvemo Kartlinin Azərbaycanla sektorlararası əlaqələri genişləndiriləcək” “Kvemo Kartli bölgəsinin əhalisinin bir hissəsini etnik azərbaycanlılar təşkil edir. Məhz buna görə regionun inkişafı üçün Azərbaycanla sektorlararası əlaqələrin, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və sıx dostluq əlaqələrinin dərinləşdirilməsi vaci
Xarici siyasət
13 iyul 2022 16:02
Qubernator: “Kvemo Kartlinin Azərbaycanla sektorlararası əlaqələri genişləndiriləcək”
Giorgi Doxturişvili

“Kvemo Kartli bölgəsinin əhalisinin bir hissəsini etnik azərbaycanlılar təşkil edir. Məhz buna görə regionun inkişafı üçün Azərbaycanla sektorlararası əlaqələrin, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və sıx dostluq əlaqələrinin dərinləşdirilməsi vacibdir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvili deyib.

O, Azərbaycanın Baş naziri Əli Əsədovla bu gün keçirdiyi görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq, dostluq əlaqələri və Kvemo Kartli ilə Azərbaycan şəhərləri arasında mövcud münasibətlər barədə müzakirələrin aparıldığını bildirib.

Qubernator Gürcüstan və Azərbaycan arasında çoxillik dostluq və əməkdaşlıq tarixinin olduğunu qeyd edib: “Kvemo Kartli bölgəsi ilə Azərbaycan şəhərləri arasında iqtisadiyyat, təhsil, turizm və mədəniyyət sahələrində səmərəli əməkdaşlığın daha da inkişaf etdirilməsi, şəhərlərimiz və xalqlarımız arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində səylərimiz davam etdiriləcək”.

Qeyd edək ki, G.Doxturişvilinin Azərbaycana səfəri çərçivəsində Şəmkir-Marneuli, Ağstafa-Qardabani, Göygöl-Bolnisi və Daşkəsən-Dmanisi şəhərləri arasında qardaşlaşma haqqında anlaşma memorandumları imzalanıb.

Son xəbərlər

Orphus sistemi