Qoşulmama Hərəkatının nazirlər konfransında "Bakı Prosesi"nin təqdimatı keçirilib

Qoşulmama Hərəkatının nazirlər konfransında "Bakı Prosesi"nin təqdimatı keçirilib Bakı. 5 aprel. REPORT.AZ/ Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Davamlı inkişaf naminə beynəlxalq sülhün və təhlükəsizliyin təşviqi mövzusunda keçirilən konfransı çərçivəsində Bakı Prosesinin təqdimat olub.
Xarici siyasət
5 Aprel , 2018 14:33
Qoşulmama Hərəkatının nazirlər konfransında Bakı Prosesinin təqdimatı keçirilib

Bakı. 5 aprel. REPORT.AZ/ Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin "Davamlı inkişaf naminə beynəlxalq sülhün və təhlükəsizliyin təşviqi" mövzusunda keçirilən konfransı çərçivəsində "Bakı Prosesi"nin təqdimat olub.

"Report" xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfrans iştirakçılarına "Bakı Prosesi" çərçivəsində keçirilən tədbirlər barədə məlumat veriblər.

Qeyd edək ki, "Bakı Prosesi" Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədi ilə irəli sürülüb.

O vaxtdan bəri Bakıda dörd Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (2011, 2013, 2015 və 2017-ci illərdə), eləcə də bir sıra konfrans, seminar, konqress və sərgilər keçirilib.

Son xəbərlər

Orphus sistemi