Qoşulmama Hərəkatına üzv ölkələrin XVII Sammiti Venesuelada öz işinə başlayıb - FOTO

Qoşulmama Hərəkatına üzv ölkələrin XVII Sammiti Venesuelada öz işinə başlayıb - FOTO Elmar Məmmədyarov sammitin Rəyasət Heyətinin sədr müavini seçilib
Xarici siyasət
16 Sentyabr , 2016 07:48
Qoşulmama Hərəkatına üzv ölkələrin XVII Sammiti Venesuelada öz işinə başlayıb - FOTO

Bakı. 16 sentyabr. REPORT.AZ/ Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında növbəti XVII Sammiti Venesuela Bolivar Respublikasının Marqarita adasında öz işinə başlayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan sammitdə xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Sammit zamanı 2012-ci il Tehran sammitindən sonrakı müddət ərzində baş vermiş proseslər və əldə edilmiş uğurların nəzərdən keçirilməsi, yeni proseslər fonunda beynəlxalq sülh, təhlükəsizlik, inkişaf və əməkdaşlığa dair üzv dövlətlərin ortaq mövqeyinin müzakirə olunması və tədbirin sonunda bu məsələlərə dair yekun sənədin qəbul edilməsi nəzərdə tutulur.

Venesuelada keçiriləcək sammitin gündəliyində ölkəmiz üçün birbaşa əhəmiyyətli olan bir sıra məsələlər yer alır. Sammitin yekun sənədinin layihəsinə Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə edən bənd daxil edilib.

Bundan əlavə, Venesuela sammitində Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrliyin Azərbaycan Respublikasına keçməsi və Hərəkatın 18-ci sammitinin 2019-cu ildə Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunması gözlənilir.

Nazir Elmar Məmmədyarov sammitin Rəyasət Heyətinin sədr müavini seçilib və bu keyfiyyətində plenar iclasa sədrlik edib. O, Zirvə Görüşündə geniş nitqlə çıxış edəcək.

Sammit 18 sentyabr 2016-cı il tarixində öz işini başa çatdıracaq.

Son xəbərlər

Orphus sistemi