“Qoşulmama Hərəkatı”nın sonuncu konfransı Meksika mətbuatının diqqətində

“Qoşulmama Hərəkatı”nın sonuncu konfransı Meksika mətbuatının diqqətində Meksikanın ən nüfuzlu ingilisdilli mətbu orqanı olan “Pulse News Mexico” qəzetində tanınmış jurnalist Teresa Marqolisin Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünə həsr olunmuş “Qoşulmama Hərəkatı COVİD-19 pandemiyası ilə mübariz aparmaq üçün birləşir” (Non-Aligned Movement Aligns to Fight off Covid-19 https://pulsenewsmexico.com/2020/05/09/non-aligned-movement-aligns-to-fight-off-covid-19/) başlıqlı məqaləsi dərc olunub.
Xarici siyasət
11 May , 2020 07:40
“Qoşulmama Hərəkatı”nın sonuncu konfransı Meksika mətbuatının diqqətində

Meksikanın ən nüfuzlu ingilisdilli mətbu orqanı olan “Pulse News Mexico” qəzetində tanınmış jurnalist Teresa Marqolisin Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünə həsr olunmuş “Qoşulmama Hərəkatı COVİD-19 pandemiyası ilə mübariz aparmaq üçün birləşir” (Non-Aligned Movement Aligns to Fight off Covid-19 https://pulsenewsmexico.com/2020/05/09/non-aligned-movement-aligns-to-fight-off-covid-19/) başlıqlı məqaləsi dərc olunub.

Bu barədə “Report”a Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən məlumat verilib.

Məqalədə hal-hazırda 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsindən bəhs olunur. Qlobal pandemiyanın dünyanın bütün ölkələrinə mənfi təsir etdiyi bir dövrdə irəli sürülən bu təşəbbüsün qlobal əməkdaşlıq çərçivəsində həll yolu tapmağa yönəldiyi qeyd olunur.

Həmçinin, aprelin 10-da videokonfrans vasitəsilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş fövqəladə Zirvə görüşündə Prezident İlham Əliyevin pandemiyanın yayılmağa başladığı ilk gündən bəri hökumətin əsas məqsədinin insan sağlamlığının və sosial müdafiənin qorunmasının təmin edilməsindən ibarət olduğunu vurğuladığı deyilir.

Prezident İlham Əliyevin sözlərinə istinad edilərək, ölkədə həyata keçirilən bütün tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısının alınmasına nail olunduğu və son üç həftə ərzində xəstəliyə yoluxanlarla sağalanlar arasında müsbət dinamikanın müşahidə edildiyi qeyd olunur.

Həmçinin ölkə rəhbərinin çıxışında, pandemiya dövründə Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək məqsədi ilə görülən işlərdən bəhs etdiyi və bunun üçün 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketinin qəbul olunduğunu qeyd etdiyi deyilir.

Eyni zamanda Prezident İlham Əliyevin qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdiyi qeyd olunur.

Prezident İlham Əliyev tərəfindən irəli sürülən təklifin BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande tərəfindən dəstəkləndiyi qeyd olunaraq, heç bir ölkənin qarşıya çıxan bu çətinliyi təkbaşına aradan qaldırmaq iqtidarında olmadığı və COVID-19 virusunun yayılmasının qarşısını almaq məqsədi ilə BMT olaraq çox böyük məmnunluqla bu cür təşəbbüsləri dəstəklədiyi bildirilir.

BMT-nin Baş katibi Antonio Quterreşin sözlərinə istinad edilərək, bu böhranın miqyasının və mürəkkəbliyinin əlaqələndirilmiş qlobal cavab tədbirlərini tələb etdiyi qeyd olunur və Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin üçdə ikisini əhatə edən Qoşulmama Hərəkatının qlobal həmrəyliyin formalaşdırılmasında əhəmiyyətli rol oynadığı vurğulanır.

Məqalədə həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun sözlərinə istinad edilərək, Prezident İlham Əliyev tərəfindən irəli sürülən təklifin ÜST tərəfindən dəstəkləndiyi bildirilir. Eyni zamanda, Tedros Adhanom Qebreyesusun Azərbaycan hökuməti tərəfindən göstərilən 5 milyon ABŞ dolları həcmində maliyyə dəstəyinə görə həm Azərbaycan xalqına, həm də Prezident İlham Əliyevə xüsusi təşəkkür bildirdiyi qeyd olunur.

Məqalədə 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatının BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təşkilat olduğu qeyd olunur və sözügedən sammitdə Avropa, Asiya, Afrika və Latın Amerikasının 40-dan çox üzv dövlətinin və hökumət başçılarının, o cümlədən Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin də iştirak etdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi