QMİ sədri: "Terrorun nə dini olur, nə də imanı"

QMİ sədri: "Terrorun nə dini olur, nə də imanı" "Terrorizm dini öz çirkli məqsədləri üçün istifadə edir"
Xarici siyasət
16 Noyabr , 2015 17:46
QMİ sədri: Terrorun nə dini olur, nə də imanı

Bakı. 16 noyabr. REPORT.AZ/ "Terrorun nə dini olur, nə də imanı. Terrorizm dini öz çirkli məqsədləri üçün istifadə edir".

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

O vurğulayıb ki, öz məqsədləri üçün dindən istifadə edənlər cəzalarını alacaq.

A.Paşazadə Azərbaycanın da terrorla üzləşdiyini xatırladıb: "Oxşar hadisələr Azərbaycanda da baş verib - Xocalıda, 20 yanvarda. İndi isə Livanda və digər ölkələrdə baş verir. Parisdə baş verənlər bu terrorun davamıdır".

Şeyxülislam Parisdə baş verənlərə görə başsağlığı vermək üçün bu gün Fransanın Bakıdakı səfirliyinə bütün dinlərin nümayəndələrinin gəldiyini xatırladaraq, Azərbaycanın bütün dünya üçün tolerantlıq nümunəsi olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi