“Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı konfrans keçiriləcək

“Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı konfrans keçiriləcək İyulun 2-3-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və “Valday” Beynəlxalq Diskussiya Klubu Azərbaycan və Rusiya energetika nazirləri Pərviz Şahbazov və Aleksandr Novakın iştirakı ilə “Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı beynəlxalq konfrans keçirəcək.
Xarici siyasət
30 İyun , 2020 13:45
“Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı konfrans keçiriləcək

İyulun 2-3-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və “Valday” Beynəlxalq Diskussiya Klubu Azərbaycan və Rusiya energetika nazirləri Pərviz Şahbazov və Aleksandr Novakın iştirakı ilə “Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı beynəlxalq konfrans keçirəcək. 

Mərkəzdən “Report”a verilən məlumata görə, tədbirdə Rusiya, Azərbaycan, Almaniya, Səudiyyə Ərəbistanı Türkiyədən rəsmi şəxslər, mütəxəssislər, beynəlxalq əlaqələr üzrə ekspertlər qatılacaq.

Konfrans zamanı dünya energetikasının inkişafı və energetika sektoru üçün əsas beynəlxalq siyasi risklər, dünya bazarında neftin qiymətinin kəskin azalması, OPEK+ razılaşmasının gələcəyi, COVID-19 nəticəsində dünyanın üzləşdiyi iqtisadi böhran fonunda yeni razılaşmanın imzalanması və digər məsələlər müzakirə olunacaq. Konfransın ilk günüdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, İdarə Heyətinin üzvü Esmira Cəfərova, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyədə ictimaiyyət, xarici əlaqələr və strateji məsələlər üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edəcək. Konfrans yalnız iyulun 2-də mediaya açıq olacaq. (Birinci günün tam proqramı mətnin sonuna əlavə olunub).

Konfransın ikinci günündə Azərbaycanın Xarici İşər nazirinin müavini Xələf Xələfov, Rusiyanın Xarici İşlər nazirinin müavini Andrey Rudenko, Rusiya Energetika nazirinin müavini Pavel Sorokin və Azərbaycanın Energetika nazirinin müavini Samir Vəliyev çıxış edəcək və Rusiya və Azərbaycan münasibətləri, nailiyyətlər, çağırışlar və qarşılıqlı fayda kəsb edən əlaqələrin perspektivlərinə dair müzakirələr aparacaqlar. Konfransın işində həmçinin Beynəlxalq Əlaqələr üzrə Moskva Dövlət İnstitutunun (MQİMO) elmi əməkdaşları Nikolay Silayev, Sergey Markedonov, Rusiya Elmlər Akademiyasının elmi əməkdaşı Stanislav Pritçin, Milli Məclisin üzvü Nizami Səfərov, politoloq Tofiq Abbasov və Azərbaycanın Rus İcmasının sədr müavini Anastasiya Lavrina iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi