Yuxarı

Qlen Hovard: "ABŞ-da prezident seçkilərində istənilən namizədin qələbəsi Azərbaycan üçün uduşlu olacaq"

Azərbaycana Obama administrasiyasının vaxtı ilə müqayisədə daha çox diqqət ayrılacaq

Bakı. 7 oktyabr. REPORT.AZ/ "ABŞ-da prezident seçkilərində qələbə qazanacağı təqdirdə Hillari Klinton administrasiyası Donald Tramp administrasiyası ilə müqayisədə daha praqmatik və ideoloji olacaq".

"Report" xəbər verir ki, bunu Ceymstaun Fondunun prezidenti Qlen Hovard "Qlobal və regional arenada Azərbaycanın rolu: reallıqlar və perspektivlər" mövzusunda konfransda deyib.

"Lakin ABŞ-da prezident seçkilərində istənilən namizədin qələbəsi Azərbaycan üçün uduşlu olacaq və ölkənizə Obama administrasiyasının vaxtı ilə müqayisədə daha çox diqqət ayrılacaq. Sadəcə, Klinton və Trampın dünya quruluşuna baxışları fərqlidir", - deyə Q.Hovard bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi