Qırğızıstanın Azərbaycandakı səfirliyində Bişkekdə baş verən təyyarə qəzası ilə əlaqədar dövlət bayrağı endirilib

Qırğızıstanın Azərbaycandakı səfirliyində Bişkekdə baş verən təyyarə qəzası ilə əlaqədar dövlət bayrağı endirilib Diplomatik nümayəndəlik xatirə kitabının açılması ilə bağlı təlimat gözləyir
Xarici siyasət
16 Yanvar , 2017 10:56
Qırğızıstanın Azərbaycandakı səfirliyində Bişkekdə baş verən təyyarə qəzası ilə əlaqədar dövlət bayrağı endirilib

Bakı. 16 yanvar. REPORT.AZ/ Qırğızıstanın Azərbaycandakı səfirliyində Bişkekdə baş verən təyyarə qəzası nəticəsində çoxsaylı insan itkisi ilə əlaqədar dövlət bayrağı endirilib.

Bu barədə "Report"a Qırğızıstanın Bakıdakı səfirliyindən məlumat veriblər.

Həmçinin, diplomatik nümayəndəliyin xatirə kitabının açılması ilə bağlı təlimat gözlədiyi bildirilib.

Xatırladaq ki, Türkiyənin "ACT Airlines" aviaşirkətinə məxsus Honkonq - Manas reysi üzrə uçuş həyata keçirən yük təyyarəsi eniş zamanı görüntü səviyyəsinin aşağı olması səbəbindən yaşayış evlərinin üzərinə düşüb. Hadisə nəticəsində azı 37 nəfər həlak olub.

Qırğızıstanda yanvarın 17-də matəm elan olunacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi