Yuxarı

​Qırğızıstanın Azərbaycandakı səfirliyi Bakıdakı yanğınla bağlı başsağlığı verib

Qardaş Azərbaycan xalqı və onun rəhbərliyi ilə birgə ölənlərə kədərlənirik

Bakı. 21 may. REPORT.AZ/ Qırğızıstanın Azərbaycandakı səfirliyi mayın 19-da Bakının Binəqədi rayonu ərazisindəki hündürmərtəbəli binada baş verən yanğınla bağlı başsağlığı verib.

Səfirlikdən "Report"a verilən məlumata görə, səfir Ayciqit Buranovun adından yayılan müraciətdə Bakıda yaşayış binasında yanğınla bağlı Azərbaycan hökuməti və xalqına dərin hüznlə başsağlığı verilir.

"Qırğızıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi adından yaşayış binasında yanğın zamanı həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı və səmimi dəstəyimi ifadə edirəm. Qardaş Azərbaycan hökuməti və xalqı ilə birgə ölənlərə kədərlənir və zərərçəkən və yanıq xəsarəti alanların tezliklə ayağa qalxması üçün dua edirik", - deyə müraciətdə bildirilir.

Bundan əlavə, Qırğızıstan Parlamentinin sədri Asılbek Jeenbekov da başsağlığı verib. A.Jeenbekov Milli Məclisin sədri Oqtay Əsədova ünvanlanan başsağlığı məktubunda bildirib ki, yanğın nəticəsində çoxsaylı insan tələfatı barədə xəbəri dərin kədər hissi ilə qəbul edib. A.Jeenbekov Qırğızıstan Parlamentinin deputatları adından ölənlərin yaxınlarına və qohumlarına başsağlığı verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi