Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib - YENİLƏNİB

Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib - YENİLƏNİB Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.
Xarici siyasət
14 Oktyabr , 2019 16:05
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovu hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.


*** 11:51

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII iclasında iştirak etmək üçün Azərbaycana rəsmi səfərə yola düşüb.

"Report" xəbər verir ki, məlumatı Qırğızıstan prezidentinin mətbuat xidməti yayıb.

Dövlət başçısını səfərdə xarici işlər naziri Çingiz Aydarbekov, iqtisadiyyat naziri Sanjar Mukanbetov, maliyyə naziri Baktıqul Jeenbayeva, mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov, eləcə də Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Daniyar Sadıkov müşaiyət edir.

S.Jeenbekovun bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşü planlaşdırılır. Bundan əlavə, Qırğızıstan rəhbəri Bakıda Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevlə də görüşəcək.

Türk Şurasının iclası sabah keçiriləcək. Tədbirdən sonra S.Jeenbekov Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi