Qırğız Respublikasının Prezidenti Azərbaycan Prezidentinə məktub göndərib

Qırğız Respublikasının Prezidenti Azərbaycan Prezidentinə məktub göndərib "Ötən 25 il ərzində ölkələrimiz arasında siyasi, ticari–iqtisadi və mədəni–humanitar sahələrdə səmərəli əməkdaşlıq qurulmuşdur"
Xarici siyasət
29 Yanvar , 2018 14:53
Qırğız Respublikasının Prezidenti Azərbaycan Prezidentinə məktub göndərib

Bakı. 29 yanvar. REPORT.AZ/ Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Məmnunluqla qeyd edirəm ki, Qırğızıstan-Azərbaycan münasibətləri ənənəvi dostluğa, ümumi tarixə, mədəniyyətə və mənəvi dəyərlərə əsaslanır.

Ötən 25 il ərzində ölkələrimiz arasında siyasi, ticari–iqtisadi və mədəni–humanitar sahələrdə səmərəli əməkdaşlıq qurulmuşdur. Qırğızıstan ilə Azərbaycan, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər.

Qırğız Respublikası Azərbaycan Respublikası ilə xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.

Möhtərəm İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə böyük nailiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh və rifah arzulayıram".

Son xəbərlər

Orphus sistemi