Qırğız Respublikasının Azərbaycandakı səfiri vəzifəsinə namizəd məlum olub

Qırğız Respublikasının Azərbaycandakı səfiri vəzifəsinə namizəd məlum olub Qırğız Respublikası Parlamentinin Beynəlxalq Məsələlər, Müdafiə və Təhlükəsizlik Komitəsi Mərkəzi Seçki Komitəsinin üzvü Kayrat Osmonaliyevin Qırğız Respublikasının Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini təsdiq edib.
Xarici siyasət
8 İyun , 2021 14:35
Qırğız Respublikasının Azərbaycandakı səfiri vəzifəsinə namizəd məlum olub

Qırğız Respublikası Parlamentinin Beynəlxalq Məsələlər, Müdafiə və Təhlükəsizlik Komitəsi Mərkəzi Seçki Komitəsinin üzvü Kayrat Osmonaliyevin Qırğız Respublikasının Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini təsdiq edib.

Report”un xəbərinə görə, Qırğız mətbuatına müsahibəsində K.Osmonaliyev qeyd edib ki, Qırğız Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlərin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcək.

“Hesab edirəm ki, Qırğız Respublikası ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin potensialı, təəssüf ki, reallaşdırılmayıb. Əməkdaşlığın iqtisadi diplomatiya ilə əlaqəli maraqlı istiqamətləri mövcuddur”,- deyə K.Osmonaliyev bildirib.

Çiçək Məmmədova

Son xəbərlər

Orphus sistemi