Bakı. 30 sentyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Qətərin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Yusif bin Həsən Yusif əl-Saini qəbul edib.
Nazirlikdən "Report"a verilən məlumata görə, səfir Yusif bin Həsən Yusif əl-Sai etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Görüş zamanı Azərbaycan və Qətər arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub, turizm sahəsində uğurlu əməkdaşlıq imkanları müzakirə olunub.
Səfir Yusif bin Həsən Yusif əl-Sai diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Nazir Elmar Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.