Qətər əmirinin Azərbaycana səfəri təxirə salınıb

Qətər əmirinin Azərbaycana səfəri təxirə salınıb Diplomatik mənbə səfərin təxirə salınmasının səbəblərini açıqlamayıb
Xarici siyasət
5 Avqust , 2015 10:53
Qətər əmirinin Azərbaycana səfəri təxirə salınıb

Bakı. 5 avqust. REPORT.AZ/ Qətər əmiri Şeyx Təmim bin Həməd bin Xəlifə əl-Təninin Azərbaycana avqustun 5-6-da nəzərdə tutulan rəsmi səfəri təxirə salınıb.

Diplomatik mənbələrdən "Report"a verilən məlumata görə, səfər qeyri-müəyyən müddətə təxirə salınıb və münasib vaxtda baş tutacaq.

Diplomatik mənbə səfərin təxirə salınmasının səbəblərini açıqlamayıb: "Hər şey qaydasındadır. Müəyyən səbəblərə görə, səfər başqa vaxtı baş tutacaq".

Qeyd edək ki, Qətər əmirinin Azərbaycana səfəri zamanı regional və dünya məsələlərinin müzakirə olunması nəzərdə tutulurdu. Həmçinin iki ölkə arasında bir sıra sahələr üzrə sazişlərin imzalanması da planlaşdırılırdı.

Son xəbərlər

Orphus sistemi